Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Elə kişilər var ki, gözəl xanımına eybəcər qadınlarla xəyanət edir”

64 Baxış

Son zamanlar Azərbaycanda boşanmaların artması və səbəblərilə bağlı müzakirələrə çox rast gəlmək olur. Sosial məsələlər üzrə təhlilçilər artan boşanmaların səbəbləri arasında yer alan əsas amillərdən birinin xəyanət olduğunu bildirirlər. Bəzən tərəflərin etdikləri xəyanətləri qisas almaq, iradə zəifliyi, özünü sübut etmək, maraq və digər amillərlə izah edirlər.

Bəs, ölkədə kişilər və qadınlar niyə xəyanət edirlər?

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm bildirib ki, cinsiyyətindən asılı olmayaq bu prpblem xəyanət edən şəxsin xarakterindəki boşluqdan yaranır:

“Xəyanət cins məsələsi deyil, xarakter və şəxsin şəxsi həyatında baş verən boşluqlardan yaranan bir vəziyyətdir. Bu vəziyyət isə çox da ürəkaçan nəticələr vəd vermir. Ailədə boşanmalar və cinayətlərə qədər gətirib çıxarır. Elə kişilər var ki, gözəl xanımına eybəcər qadınlarla xəyanət edir. Əslində xəyanət daxili bir boşluqdan yaranır insanın təmin olunmayan diqqəti, qayğısı, başqa istəkləri buna səbəb olur. Deyə bilərsiniz ki, normal insan bu hissləri itirə bilər. Doğrudur, amma çox bivec və maddi cəhətdən təmin olunmuş kişilər özlərinə əziyyət vermək istəmir. Ailəsi ilə yaranan boşluğu həll etməkdənsə, alternativ, daha asan yolu seçir”.

Psixoloqun sözlərinə görə, xarakteri bütöv və vicdanlı insanlar düşdüyü situasiyadan asılı olmayaraq partnyoruna xəyanət etmir:

“Ümumiyyətlə, insan beyni uzun müddət şüuraltında gizlənmiş (ağlına, fikrinə gəlmiş) heç bir hissin qabağını ala bilmir. Müəyyən müddət insan hissi gizlədə bilir, sonra yenə həmin düşüncə aktiv fazaya keçir.

Xarakteri bütöv, vicdanlı insanlar heç zaman xəyanət etmir. O, düşdüyü bütün vəziyyətlərdə heç kimə xəyanət etmir. Sadə dillə desək, kamil insan insani duyğuların çoxuna sahib olduğu üçün belə hallara yol vermir. Daxilindəki boşluğu qadınla, dostu ilə danışaraq həll edir. Acığa düşüb alternativ insan axtarmır

Xəyanət qadın və kişi qavramı ilə eyni anlaşılmamalıdır. Dost xəyanəti, qohum xəyanəti və s. var. Yəni insanın bütün sosial ünsiyyət qurduğu hər kəsin xəyanətinə uğraması mümkündür”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678