“Baykar”ın illik gəliri açıqlandı

12 Baxış

Türkiyənin “Baykar” şirkəti 18 ölkə ilə yeni ixracat anlaşması imzalayıb. Ötən il bütün anlaşmalara dair ixracat öhdəliyinin 99,3 faizi yerinə yetirilib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi Tvitter səhifəsində paylaşım edilib.

Bildirilir ki, “Baykar” 2022-ci ildə istehsal etdiyi məhsulların ixracatından 1,18 milyard dollar gəlir götürüb. Bundan sonra istehsal məhsulları 27 ölkəyə ixrac olunacaq.