Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

““Gözəllik iynəsi” olmadan yaşaya bilmirlər” – İTV aparıcısı kimləri sancdı?

52 Baxış

“Kapitalizmmi, marketinqmi? Hər nədirsə, elə gücə malikdir ki, müasir azərbaycanlı qadınlar “gözəllik iynəsi” olmadan artıq yaşaya bilmirlər”.

Turanmedia.az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında İTV aparıcısı İlahə Şıxlinskaya paylaşımında yazıb.

O, həddən artıq estetik prosedurlara üz tutan xanımlardan söz açıb:

“Kosmetoloq və plastik cərrahlarları anlamaq olar. O mənada ki pul qazanırlar. Qadınlar isə artıq belə bir düşüncəyə malikdir ki, xarici gözəllik olmasa, kişilərin onlara marağı itəcək. Yəni qadın müasir gözəllik kanonlarına görə mükəmməl deyilsə, kişi ona diqqət yetirməz.

Bu bilirsiniz nə deməkdir? Qadının bir şəxsiyyət kimi məhv edilməsi deməkdir. Mən bu baş verənlərə çox məyus oluram. Yeni ilin başlanğıcında hoteldə gördüklərim və eşitdiklərimin müşahidəsidir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678