Aeroport yolunda maşın aşdı
13 Baxış

Bakıda “Toyota Prado” markalı avtomobil aşıb.
Turanmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə Hava limanı – Zığ şosesində qeydə alınıb.
“Toyota-Prado” markalı avtomobil aşıb, avtomobilə ciddi ziyan dəyib. Sürücü isə yüngül xəsarət alıb.
Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib.
Araşdırma aparılır.