Qarabağa səfər edənlərin sayı açıqlanıb

9 Baxış

Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7851 nəfər vətəndaşın səfəri təşkil olunub.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter“ hesabında bildirib.

Qeyd edilib ki, Xüsusi nümayəndəlik tərəfindən təşkil olunan səfərlərdə 3751 nəfər iştirak edib.

Onlardan 3054 nəfər Ağdama, 501 nəfər Tərtərə, 122 nəfər Xocavəndə və 74 nəfər Füzuliyə səfər edib.

“Yolumuz Qarabağa” marşrutları vasitəsilə təşkil olunan vətəndaş səfərləri zamanı ümumi 123 reys həyata keçirilib.

Ümumi sərnişin sayı 4090 nəfər olub.