Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı və Türkiyədən Naxçıvana həkimlər gedib

60 Baxış

Naxçıvan Muxtar Respublikasında yaşayan müharibə iştirakçıları, qazilər və şəhid ailələri üzvlərinə müvafiq tibbi xidmətlər göstəriləcək.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikası hökumətinin dəvəti ilə Bakı şəhərindən və Türkiyə Respublikasından həkim-psixoterapevtlər Naxçıvan şəhərinə gəliblər.

Muxtar respublikaya dəvət olunan həkim-psixoterapevtlər tərəfindən qazilər, şəhid ailələri və müharibə iştirakçıları üçün müayinələr yanvarın 9-da Naxçıvan Muxtar Respublika Xəstəxanasında aparılacaq. Bu kateqoriyadan olan şəxslər növbəli şəkildə müayinələrdən keçmək üçün Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətti ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678