Bu rayonda sakinlər icra başçısının istefasını tələb edir

14 Baxış

Naxçıvan MR-nın Şərur rayonunun sakinləri icra başçısının istefası tələbi ilə aksiya keçiriblər.

Turanmedia.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkələrdə videolar yayılıb.

Aksiya iştirakçıları icra başçısı Kamal Cəfərovun və onun müavininin istefasını istəyirlər. Həmçinin icra başçısının əhalini qəbul etmədiyini, şikayətləri dinləmədiyini bildiriblər.