Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

4 nəfərin ölüm səbəbi bəlli oldu – Prokurorluq

70 Baxış

Bakının Nərimanov rayonunda 4 nəfərin ölümünə səbəb dəm qazından zəhərlənmə olub.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir:

“Aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678