Qusarda nənə və nəvəsi yanaraq öldü

9 Baxış

Qusarda evdə yanğın olub, nənə və nəvəsi yanaraq ölüb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1955-ci il təvəllüdlü Zərəngül Əlirzayeva və onun 2016-cı il təvəllüdlü nəvəsi yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Qusar rayonunun Yeni Həyat kəndində ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın və eyvanın yanar konstruksiyaları 90 m² sahədə, ikinci mərtəbəsində 2 otağın və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1-i azyaşlı olmaqla 2 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.