Gürcüstan-Azəbaycan sərhədində zəlzələ olub
10 Baxış

Gürcüstan-Azəbaycan sərhədində zəlzələ qeydə alınıb.
Turanmedia.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:36-da Zaqatala stansiyasından 29 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələ 3 km dərinlikdə baş verib, maqnitudası 4.3 bal gücündə olub.
Zəlzələ epsentirdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.