Bir ailənin 4 üzvünü güllələyənin atası özünü niyə asdı? – TƏFƏRRÜAT

9 Baxış

Beyləqanda bir ailənin 4 üzvana öldürən şəxsin atasının intiharı ilə bağlı yeni faktlar üzə çıxıb.

Turanmedia.az lent.az-a istinadən xəbər verir ki, intihar edən Loğman Cəlilov əvvəllər məhkumluq həyatı yaşayıb. O, övladının törətdiyi cinayətdən sonra özünə gələ bilmədiyini və dəfələrlə intihar edəcəyinin anonsunu veribmiş. Hətta bir neçə dəfə yaxın ətrafı onu intihardan daşındırıb.

Onu da əlavə edək ki, qətlə yetirilən ailə ilə Loğman Cəlilovun ailəsi arasında düşmənçilik olub.

Bir neçə il əvvəl Loğman Cəlilov qətliama məruz qalan ailənin başçısı Nadir Quliyevi yol üstündə yaba ilə vurub. O, yabanı N.Quliyevin qarnına soxub. Həkimlərin səyi nəticəsində o zaman N.Quliyevi xilas etmək mümkün olub. L. Cəlilov isə həbs edilib.

Məlumata görə, L.Cəlilov həbsdən çıxandan sonra N.Quliyevin ailəsi ilə ədavəti davam etdirib. Nəticədə bir ay əvvəl L.Cəlilovun oğlu Fuad Cəlilzadə ov tüfəngi ilə N.Quliyevin ailəsini güllələyib.