Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir və Lənkəran gənclər paytaxtı seçildi

71 Baxış

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.

Turanmedia.az xəbər verir ki, nazirlikdən Axar.az-a verilən məlumata görə, iclasın gündəliyinə əsasən, nazirliyin 2023-cü il üçün perspektiv iş planı təsdiqlənib. “Sabahın alimləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması məsələsi, həmçinin Azərbaycan Respublikasının vahid idman təsnifatı müzakirə edilərək səsvermə ilə qəbul edilib.

İclasda “gənclər paytaxtı”nın seçilməsi məsələsinə də baxılıb. Namizəd şəhərlərin təqdimatından sonra elektron səsvermə nəticəsində Mingəçevir şəhəri 2023-cü il, Lənkəran şəhəri isə 2024-cü il üçün “gənclər paytaxtı” seçiliblər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678