Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polis şöbəsində halı pisləşdi, xəstəxanada öldü

63 Baxış

Bu gün Kürdəmir rayonunda dələduzluq əməlində şübhəli bilinən şəxs xəstəxanada ölüb.

Turanmedia.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin regional qrupundan Ölkə.az-a bildirilib ki, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə şübhəli bilinən Oktay Əliyev bu gün barəsində aparılan cinayət işi ilə əlaqədar rayon polis şöbəsinə dəvət edilib.

Prosessual qanunvericiliyə uyğun olaraq vəkilin iştirakı ilə dindirildikdən sonra saat 21 radələrində onun halı qəfil pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb və həkim müşayəti ilə xəstəxanaya yerləşdirilib. O, bütün tibbi müdaxilələrə baxmayaraq ürək tutmasından vəfat edib.

Araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678