Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu gün meşə fondu torpaqlarında 8 mindən çox ağac əkildi

62 Baxış

Sabirabad və Şamaxı rayonlarının meşə fondu ərazilərinin ümumilikdə 10 hektar sahəsində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 8000-dən çox ağac tingi əkilib.

Turanmedia.az xəbər verir ki, meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev “Qafqazinfo”ya bildirib ki, son günlər hava şəraitinin əlverişli keçməsi ölkənin meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin davam etdirilməsinə şərait yaradıb. “Yanvarın 1-dən 21-dək ötən müddət ərzində isə respublika ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək sahələrinin 80 hektarında meşəbərpa tədbirləri aparılıb, 70 min ağac tingi əkilib, 3500 kq toxum səpilib”, – V.Fərzəliyev deyib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678