Şərur və Kəngərli rayonlarında əməliyyat keçirildi

6 Baxış

Naxçıvanın Şərur və Kəngərli rayonlarında satışı qadağan edilən tütün məmulatları aşkarlanıb.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, Şərur Rayon Polis İdarəsinin əməkdaşları Yengicə kəndində, Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları isə Qıvraq qəsəbəsində pərakəndə ticarətlə məşğul olan sahibkarlardan ümumilikdə 700 qutudan çox aksiz markasız, satışı qadağan edilmiş tütün məmulatlarını aşkarlayaraq dövriyyədən çıxarılmasını təmin ediblər.

Faktlarla bağlı araşdırmalar aparılır.