Keçmiş rektorun qardaşına vəzifə verildi

38 Baxış

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yeni təyinat olub.

Turanmedia.az Unikal.org-a istinadən xəbər verir ki, Əhməd Qulu oğlu Məlikov ADAU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Əhməd Məlikov Azərbaycan Texnologiya Universitetinin keçmiş rektoru Telman Məlikovun qardaşıdır. Telman Məlikov 2000-2013-cü illərdə Texnologiya Universitetinin rektoru işləyib.