Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Terror aktının sifarişçilərin tezliklə tapılıb, cəzalandırılmasını tələb edirik – VBP

62 Baxış

“Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum edilib və nəticədə bir nəfər həyatını itirib, iki nəfər yaralanıb.
Bu dəhşətli cinayət hadisəsi bütün Azərbaycan ictimaiyyəti kimi, Vətəndaş Birliyi Partiyasının üzvlərinin hiddət və qəzəbinə səbəb olub”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu Vətəndaş Birliyi Partiyasının Tehrandakı Azərbaycan səfirliyində baş verən terror hadisəsi ilə bağlı bəyanatında deyilir.
Bəyanatda daha sonra deyilir:

“Bu terror aktı Vyana Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır. Vətəndaş Birliyi Partiyası olaraq, biz səfrilikdə törədilən terror aktını qətiyyətlə pisləyir və lənətləyirik.
Tehranda səfirliyimizdə terror aktı törədən canilərin, onun arxasında dayanan sifarişçilərin tezliklə tapılıb hüquqi qiymət veririlib, layiqli cəza almasını tələb edirik.
Vətəndaş Birliyi Partiyası eyni zamanda İran tərəfindən uzun müddətdir Azərbaycana qarşı davam edən qərəzli təbliğat kampaniyasına son verməyə çağırır.
Vətəndaş Birliyi Partiyası olaraq xain terror hadisəsi nəticəsində şəhid olmuş baş leytenant Orxan Əsgərovun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678