Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qərb kəşfiyyatı: “İsfahan şəhərinə dron hücumu uğurlu olub”

55 Baxış

İranın İsfahan şəhərinə dron hücumu uğurlu olub, hərbi obyektdə ən azı dörd partlayış baş verib.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu barədə İsrailin “Jerusalem Post” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerində dörd partlayış baş verib: “Bunu sosial şəbəkələrdə yayılan görüntülər də sübut edir. Zərər İranın iddia etdiyi kiçik dam zədələnməsindən çox daha böyükdür”.

Nəşrin məlumatına görə, İran hakimiyyəti əvvəlcə hərbi obyektlərə ciddi ziyan dəydiyini təkzib edib. Yalnız bir müddət sonra Tehran dəymiş ziyanın miqyasını açıqlayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678