Türkiyədə zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb
81 Baxış
Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
Turanmedia.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.
Live.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə şəhərin valisi Hulusi Şahin bildirib.
Onun sözlərinə görə, bölgədə 140 dağılmış bina var.
Zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.