Azərbaycanın Türkiyədəki səfirliyi vətəndaşlarımıza MÜRACİƏT ETDİ
85 Baxış
Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib.
Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.
“Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur”, – səfirlikdən qeyd olunub.