Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biləsuvarda Türkiyəyə yardım kompaniyasına başlanılıb

83 Baxış

Biləsuvarda qardaş Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə hümanitar yardım kampaniyasına başlanılıb.

Turanmedia.az “Bilesuvarinfo”-ya istinadən xəbər verir ki, bu gündən etibarən, Azərbaycan Skautlar Assosiasiyasının təşəbbüsü, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin təşkilati dəstəyi ilə qardaş ölkəyə hümanitar yardım aksiyasına start verilib.

Qısa müddət keçməsinə baxmayaraq, insanlar çağırış ünvanına axın edir. Təbii fəlakətdə zərərçəkənlərə lazım olan vasitələr – yorğan, döşək, uşaq paltarları, şalvar, corab, əlcək və sair ehtiyac malları gətirməyə başlayıb.

Qeyd edək ki, aksiyaya qoşulmaq istəyənlər hər gün saat 09:00-dan 16:30-dək təhsil kompleksinə yaxınlaşa bilər. Aksiya fevralın 15 – dək (müddət uzana bilər) davam edəcək, toplanan yardımlar Türkiyənin Azərbyacandakı səfirliyinə təqdim olunacaq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678