Fəlakətin miqyasını göstərən günün FOTOSU
68 Baxış
Sosial şəbəkələrdə Türkiyədə baş verən zəlzələnin dəhşətlərini əks etdirən yeni foto yayılıb.
Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, fotoda insanların dağıntılar altından çıxarılan yaxınlarının kəfənə bürünmüş cəsədlərini necə daşınması öz əksini tapıb. Kadrlardan da göründüyü kimi, fəlakətin miqyası o qədər böyükdür ki, zəlzələdən sağ çıxmış sakinlər öz doğmalarını əlacsız şəkildə dəfn edirlər.
Məlumatlara görə, zəlzələ nəticəsində həyatlarını itirənlərin kəfənlənməsi üçün ağ bezlər belə tapılmır.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin 10 vilayətində 7-7,8 bal gücündə dağıdıcı zəlzələ baş verib. Son informasiyalara görə, təbii fəlakətdən ölənlərin sayı 13 minə çatıb. Fəlakət nəticəsində 63 mindən çox insan xəsarət alıb.