7 yaşlı Miran 87 saat sonra xilas edildi: “Hara gedəcəyik?”
87 Baxış
Malatyada baş verən zəlzələnin 87-ci saatında 7 mərtəbəli binanın dağıntıları altından xilas edilən 7 yaşlı Miran Gülün sualı xilasediciləri çətin vəziyyətə salıb.
Turanmedia.az-ın məlumatına görə, TNS Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, uşağa zərdab vurulduğu vaxt o, ayağa qalxmağa çalışaraq xilasedicilərə, – “Hara gedəcəyik?”, – sualını verib.
Xilasedicilər uşağı dərhal təcili yardım maşınına çatdırıblar.
Qeyd edək ki, Miranın anasını və 2 böyük bacısını xilas etmək mümkün olmayıb.