Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cahit Bağçı: “Azərbaycanın hər bölgəsində ürəklər Türkiyə ilə döyünür”

62 Baxış

“Azərbaycanın hər bölgəsində ürəklər Türkiyə ilə döyünür. Zəlzələ xəbərinin alındığı ilk dəqiqədən etibarən bütün dövlət qurumları səfərbər olub”.

Turanmedia.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi mətbuat konfransında deyib.

“Qardaş Azərbaycan ölkəmizin yardım çağırışını gözləmədən Prezident İlham Əliyevin tapşırığı ilə hərəkətə keçdi. Zəlzələdən 6 saat keçmədən Azərbaycandan təyyarə uçdu. Həmin gün 3 təyyarə də Türkiyəyə doğru hərəkət etmişdi. Azərbaycanın hər bölgəsində ürəklər Türkiyə ilə döyünür. Kimin nəyi varsa, onu apararaq yardım toplamağa köməklik edir”, deyə səfir bildirib.
Cahit Bağçı bildiriv ki, bu ağır günlərdə həqiqətən tək millət, tək ürək olduğumuzu sübut etdik: “Prezident İlham Əliyev başsağlığı vermək üçün Türkiyə səfirliyinə təşrif buyurmuşdu. Bütün nazirlər də zəng edərək mənə başsağlığı veriblər. Bu günə qədər dəstək göstərən, yardım edən hər kəsə təşəkkür edirəm. Həqiqətən tək millət, tək ürək olduğumuzu sübut etdik. Azərbaycanın hər bir rayonunda olan hər bir qardaşımıza təşəkkür edirəm”.

Səfir Azərbaycanın zəlzələ bölgəsinə göndərdiyi yardımların həcmini açıqlayıb: “Bu günə qədər zəlzəzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5 624 çadır çatdırılıb. Bunların bir qismi 30 nəfərlik çadırlardır. 401 ton tibbi ləvazimatlar da göndərilib. 1200-dən çox genarator, 6240 ədəd qızıdırıcı göndərilib. 737 ton qida məhsulları da göndərilib. Hər bir corab da, papaq da önəmlidir”.

Cahit Bağçı bildirib ki, hazırda zəlzələ yerində Azərbaycanın iki səhra xəstəxanası fəaliyyət göstərir: “Yaralıların Azərbaycana gətirilərək müalicə etdirilməsi mümkündür. Lakin ötən gün gətirilən uşaqlar ailələri olan yaralılardır. Xaricə övladığa verilmə dediyim kimi mümkün deyil”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678