Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanları anılır – FOTOLAR
90 Baxış
Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli zəlzələdən sonra həyatını itirən vətəndaşların xatirəsini anmaq üçün Türkiyənin Azərbaycandakı səfirliyinin önünə ziyarət davam edir.
Turanmedia.az xəbər verir ki, mərkəzi və yerli icra hakimiyyətinin, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin və kommersiya qurumlarının nümayəndələri səfirliyin inzibati binasının qarşısına gələrək, bura güllər və əklillər düzürlər.
Ziyarətçilər öz başsağlıqlarını çatdırır, əllərində Türkiyə və Azərbaycan bayraqları ilə qardaş ölkənin acısına şərik olduqlarını ifadə edirlər.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündə zəlzələlər nəticəsində 32 minə yaxın insan həlak olub.