Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ötən il məktəbi bitirən 18 yaşı tamam olanların qəbul imtahanlarında iştirakına aydınlıq gətirildi

44 Baxış

Keçən il orta məktəbi bitirən və 18 yaşı bu il aprelin 30-dan sonra tamam olan oğlan abituriyentlər özləri qeydiyyatdan keçərək qəbul imtahanlarında iştirak edə bilərlər.

Turanmedia.az xəbər verir ki, bu barədə Ölkə.Az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, onlardan hərbi xidmətə çağırışdan möhlətlə bağlı məlumat tələb olunmur.

Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) müvafiq təlimatına əsasən keçən il orta məktəbi bitirən və cari il aprelin 30-dək 18 yaşı tamam olan oğlan abituriyentlərin (həmçinin bu il kolleci bitirən və ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən, lakin 18 yaşı cari il iyulun 30-dək tamam olan kollec məzunlarının) elektron ərziələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumat SHXÇDX-nin elektron məlumat bazasında əks olunmalıdır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678