Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

YAP Mingəçevir şəhər təşkilatının yaranmasının 30 illiyi qeyd edilib.

110 Baxış

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaranmasının 30 illik yubleyi ilə bağlı Heydər Əliyev mərkəzində yığıncaq keçirilib. Yığıncaqda şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,Millət vəkili Aydın Mirzəzadə,şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib.

Turanmedia.az xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyularaq ehtiramlarını bildirmişlər.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubleyi münasibəti ilə tədbirdə çıxış edən İlham İsmayılov,Aydın Mirzəzadə, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının ötən 30 ildə keçdiyi inkişaf yolundan bəhs ediblər. Onlar partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalq, dövlət qarşısında göstərdiyi böyük xidmətlərdən danışaraq qeyd ediblər ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, ictimai və mədəni həyatının bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çəkib.
O da qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır.
Tədbirin sonunda bir qrup partiya fəalına YAP Mingəçevir şəhər təşkilatının fəxri fərmanı təqdim edilib.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678