Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Saleh Məmmədov bu yolun pullu olacağını açıqlayıb

46 Baxış

Şuşaya çəkilən yeni avtomobil yolu pullu olacaq.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bunu Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O, bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa yolu sürət yolu, Şuşaya çəkilən Zəfər yolundan 20 kilometr qısadır.

“Həmin yol pullu olacaq. Xarici turistlərin gələcəkdə Şuşaya axını çox olacaq. Ona görə də bu yolu ödənişli edəcəyik ki, yoldan yığılan vəsait yolun saxlanılmasında istifadə olunsun”, – İdarə Heyətinin sədri qeyd edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678