Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Yanaq öpüşməsi, sığal, qıdıq icazə verilməməlidir. ” – Samirə Bağırova

61 Baxış

Uşaqlara qarşı cinsi zorakılıq halı əsrlər boyu məlum məsələ olsa da, son illərdə bu hallarının artması müşahidə olunur. Uşaqlara qarşı cinsi zorakılıq, cəmiyyət tərəfindən tabu kimi göründüyü və adətən uşağa ən yaxın olan şəxs tərəfindən təkrar edildiyi üçün müalicə edilməsi ən çətin travma formasıdır və buna görə də bu halları aşkar etmək çətindir. Cinsi istismara məruz qalan uşaqlarda problemlərin ilk 12-18 ay ərzində başladığı müşahidə edilib. Əslində, ən az simptomları olan uşaqların zamanla ən çox ruhi sıxıntı yaşadıqları ortaya çıxıb.

Turanmedia.az xəbər verir ki, “7Times.az”-a danışan tanınmış psixoloq Samirə Bağırova bildirib ki, azyaşlı uşaqlara qarşı cinsi istismar halları onlarda dərin yaralar buraxır:

“Azyaşlı qızların cinsi zorakılığa məruz qalması hallarında şəhərlərlə müqayisədə, əsasən bölgələrdə daha çox rast gəlinir. Cinsi istismarlar, təcavüzlər bəli var və bu kimi hallar azyaşlı oğlan uşaqlarına və qız uşaqlarına qarşı davam etməkdədir. Sadəcə uşaqların bir çox qismi susar və zaman-zaman bu travma dərinləşər. Suisid yəni intihara qədər gətirib çıxarır. Bu hal ailə qurmaqda, şəxsi qadın-kişi münasibətlərində fəsadsız ötüşmür. Əsasən də, təcavüz halları ailə içində baş verdikdə insanların ruhunda daha dərin yaralar açmış olur. Əfsuslar olsun ki, bəzi hallarda azyaşlı uşaq ya yeniyetmə valideyninə bildirmiş olsa belə, çox zaman valideyin qəbullanmaq istəmir, hətta uşağı guya yalan danışmasına görə cəzalandıran valideyinlər də var. Dəfələrlə baba,dayı, əmi, qardaş, qohum oğlanları tərəfindən və yaxud ailə dostu, yaxın qonşu, qohum ərləri tərəfindən təcavüzə məruz qalmış gənc qızlar və oğlanlar, hətta orta yaş kateqoriyası da uşaqlığından daşıdığı travması ilə müraciət edirlər. Qarşısını almaq mümkündürmü?”

Psixoloq qeyd edib ki, bu halların qarşısını almaq üçün uşaqları tək buraxmamaq önəmlidir:

“Valideyn övladına uşaqlıqdan başa salmalıdır ki, onun bədəninə gənc olub ailə qurana qədər zəruriyyət şəklində yalnız həkim və bədənində ağrı, yara kimi problemi varsa valideyinə göstərə bilər. Qohumlara getdikdə və ya evə qonaq gəldikdə uşağı tək qoymamaq, hətta mətbəxə keçdikdə belə “2 daşın arasında” baş verən istismarlar dinləyirəm. Bloklarda məktəbdən, hətta mağazadan dönəndə baş verən istismarlar var.

Övladlarını qonaq ilə sarılıb görüşməyə, yanaq öpüşməsi, sığal, qıdıq icazə verilməməlidir. Xarici ölkədə uşaqları uzaqdan oxşaya bilərlər vəya hal-əhval tuta bilərlər. Maksimal olaraq əl ilə salamlaşma.”

Onun sözlərinə görə, valideynlər uşaqların bədən dilini izləməlidir, narahatlıq olduqda bunu hiss etməlidir:

“Tolerant ailə olsalar uşaq rahatlıqla danışa bilər. Əfsuslar ölkəmizdə avtoritar ailə tipi geniş vüsət almaqdadır. Uşaq özünə qapanırsa, danışmırsa, dizlərini büküb oturursa, ailədən birinə sığınırsa, geniş torba kimi, böyük ölçülü geyimlər geyinməyə başlayırsa, yanaqları ya pörtmüş ya solğundursa, uşaqda dəyişikliyi mütləq valideyinlər sezməlidir. Uşaq qapıdan daxil olanda, qonaqlar arasında otağa daxil olanda belə uşaqla göz kontaktı qurmaq izləmək önəmlidir.”


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678