Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhid və qazi ailələri ilə bağlı unikal aksiya – FOTO

130 Baxış

Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə şəhid və qazi ailələri ilə bağlı növbəti dəstək aksiyası həyata keçirilib.

Turanmedia.az-ın azsabah.com-a istinadən xəbərinə görə, budəfəki yardım kampaniyası Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən ənənəvi olaraq təşkil edilən aksiyadan bir qədər fərqli olub. Belə ki, bu dəfə xeyli sayda şəhid və qazi ailəsinə maddi yardımlar edilib.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli şəhid və qaziələrin vətənimizin müdafiəsinədə, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfərdə rolunu heç zaman unutmayacaqlarını bildirib: “Onlar bizim baş tacımızdır. Biz uzun illər idi ki, Qarabağ zəfərini gözləyirdik. Şükürlər olsun ki, Uca Yaradana etdiyimiz dualar gerçək oldu və Ali Baş Komandan, Qarabağın fatehi İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz zəfər qazandı. Biz bu zəfərin qazanılmasında ordumuza, şəhid və qazilərimizə, Prezidentimizə borcluyuq. Rəbbimiz dövlətimizi, vətənimizi, ordumuzu, Prezidentimizi qorusun! Biz isə öz yardımlarımızla az da olsa şəhid ailələrinin və qazilərimizin dərdinə məlhəm olmağa çalışırıq”.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli isə yardım kampaniyalarının müntəzəm olaraq davam etdiyini bildirib: “Bu kampaniyamız da onlarla şəhid və qazi ailəsini əhatə etdi. Xeyriyyə işləri ilə bağlı Heydər Əliyev Fondunun öncüllüyündə Azərbaycanda böyük işlər görülür. Biz də azacıq da olsa, bu işlərdə yardımçı olmağa çalışırıq”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678