Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən naminə döyüşən oğullarımızı tanımalı və tanıtmalıyıq

209 Baxış

Vətən naminə döyüşən vətən oğullarını, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ail Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu yola saldığımız 2020-ci ilin 27 sentyabrında başlayan əks-hücum əməliyyatları zamanı Azərbaycanın əsl hərbi qüdrətini göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi. Rəşadətli ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında bütün dünyaya təkcə öz gücünü göstərmədi, eyni zamanda erməni ordusu haqqında uydurulan yalançı mifləri alt-üst etdi. Bu haqq savaşında Ali Baş Komandan böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu. Ordumuzun gücü, qüdrəti sayəsində sonda tarixi Qələbənin bizim olacağına hər kəs inandı, güvəndi və bir yumruq kimi birləşərək əsl dövlət-xalq birliyini nümayiş etdirdi. “Qarabağ Azərbaycandır!” söyləyən igid Vətən oğullarının şanlı Zəfərlə qayıdacaqları günü hər kəs böyük ruh yüksəkliyi ilə gözlədi. Və nəhayət hərb tariximizə Vətən müharibəsi kimi yazılan savaş 27 sentyabrdan başladı və 10 noyabrda böyük Qələbə ilə başa çatdı.
Bu gün hər birimiz 30 illik həsrətdən sonra torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
Turanmedia.az xəbər verir ki, haqqında bəhs edəcəyimiz şəxs 44 günlük Vətən müharibəsində iştirak edən və Qələbədə payı olan oğullarımızdan biri də mingəçevirli ehtiyatda olan DSX mənsubu,müharibə veteranı Yusubov Faiq Əlihüseyn oğludur.
O, 10.10.1991-ci ildə Mingəçevirdə anadan olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına döyüşən Yusubov Faiq döyüşlərdə göstərdiyi igidlik ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirilib. O, cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən “Cəbrayılın,Zəngilanın azadlığı uğrunda” medalları ilə təltif edilib.
Vətən uğrunda gedən döyüşlərdə igidlik göstərərək döyüşən Faiqin yalnışlıqla müharibə zamanı ölüm xəbəri də çıxmışdı.Ailəsi bu xəbərdən çox narahat idi.Hətta şəhidlər xiyabanında artıq qəbir də qazılmışdı.Daha sonra aydınlaşdı ki,səhv məlumat olub. Faiq sağ-salamatdır. Döyüşçümüz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun “İrəli!” əmrini bu gün də yerinə yetirməyə hazır olduğunu bildirib.
Faiq Yusubov bizimlə söhbətində döyüş yoldaşları ilə birlikdə bir amal uğrunda – torpaqlarımızı işğaldan azad etmək, düşmənə layiq olduqları yeri göstərmək üçün yalnız irəli getdiklərini qürur hissi ilə danışıb.Şəhidlərimizə Allahdan rəhmət,qazilərimizə şəfalar diləyib.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678