Universitetlərimiz niyə dünya reytinqində ilk 500-lüyə daxil ola bilmir? – Nazir açıqladı
“Bizim əsas hədəfimiz dünyanın ən yaxşı universitetlərinin Top 800-də 2 universitetimizin olmasıdır”.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə çıxışı zamanı deyib. Nazir Azərbaycan universitetlərinin dünya reytinqində nə üçün ilk 500-lüyə daxil olmamasının səbəbini belə izah edib:
“Bizdəki universitetlər dar profillidir. Məsələn, Türkiyədə bir universitetdə həm tibb, həm mühəndislik, həm iqtisadiyyat kimi müxtəlif fakültələr birləşir. Biz isə institutların adını dəyişib “universitet” etməklə onları sadəcə universitet etmişik.
Ola bilər ki, bizdəki Tibb Universiteti dünyanın ən yaxşı həkim hazırlayan top 500 tibb universiteti sırasındadır. Bakı Dövlət Universiteti fundamental olsa da, tibb və mühəndislik kimi fakültələri yoxdur. Bəzi ali təhsil müəssisələrinin nəzəri olaraq top 500-ə düşmək şansı yoxdur. Çünki universitetlərdə təhsil dar ixtisaslar üzrədir”.