Rayonlara qatar reysləri nə vaxt bərpa ediləcək? – VİDEO
Sərnişin qatarlarının ölkədaxili hərəkəti artıq üç ildir ki, məhdudlaşdırılıb.
Hazırda sadəcə Bakı-Gəncə-Bakı reysi işləkdir.
Vətəndaşlar rayonlara sərnişin qatarlarının olmamasından şikayətçidirlər.
Onlar qatarla yol getməyin daha təhlükəsiz və rahat olduğunu düşünürlər. Bu səbəbdən də reyslərin tez bir zamanda bərpa olunmasını istəyirlər.
Turanmedia.az tns-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, hazırda ölkədə dəmiryol nəqliyyatı infrastrukturunda əsaslı təmir işləri aparılır. Bir sıra istiqamətlərdə sabit cərəyandan, dəyişən cərəyan sisteminə keçid üzrə işlər görülür, elektrik xətləri, işarəvermə və rabitə sistemləri, o cümlədən stansiyalardakı inzibati binalar təmir edilir. Kompleks tədbirlər planı tamamlandıqca ölkədaxili sərnişin daşımalarının bərpası növbəli şəkildə gündəmə gələcək.
Daha ətraflı süjetdə: