Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məşhur generalımızın maraqlı özəl günü

54 Baxış

Bu gün Azərbaycan ordusunun məşhur generallarından biri – Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Aprel döyüşləri və Vətən müharibəsində adını şanlı döyüş tariximizə yazmağı bacaran Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin həm ad günüdür, həm də deyil.

Məsələ budur ki, Hikmət Mirzəyev 29 fevralda anadan olub. Bu tarix 4 ildən bir təkrar olunduğundan, adətən 29 fevralda anadan olanlar ad günlərini bu tarixin olmadığı illərdə 28 fevral və yaxud 1 martda qeyd edirlər.

Beləliklə, Ordumuzun fəxri olan Hikmət Mirzəyevin ad günü həm bu gün, həm də sabahdır.

H.Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvar rayonunda anadan olub. Birinci Qarabağ müharibəsində iştirak edib, xüsusi təyinatlı taborun üzvü olub. 1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyini azad etmək üçün Mehman Səlimovun komandanlığı ilə aparılmış hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşüb.

Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi alıb.

24 iyun 2003-cü ildə “İgidliyə görə”, 24 iyun 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev həm də “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678