Naxçıvanda nazir və müavini vəzifəsindən azad edildi

19 Baxış

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Sərəncama əsasən Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavininin digər sərəncamı ilə Fikrət Əyyub oğlu Həsənov Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.

Azər Zeynalovun növbəti sərəncamı ilə Xəyalə Xalıqverdi qızı Dadaşova Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini təyin edilib. Nazirin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Xəyalə Dadaşovaya verilib.