Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mütəxəssislərimiz Qarabağdakı mədənlərə girib?

53 Baxış

Millət vəkili Ramin Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Rusiya sülhməramlılarının Xocalı şəhərindəki qərargahında erməni sakinlərin təmsilçiləri ilə görüşdən sonra Qarabağdakı mədənlərə girməsi ilə bağlı məlumat öz təsdiqini tapmayıb.

Turanmedia.az xəbər verir ki, bu barədə Axar.az-a daxil olan məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsinə yerləşdirilən rus sülhməramlı kontingentinin Xocalıda yerləşən qərargahında Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678