Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zaqatalada üç aylıq körpə ölüb

49 Baxış

Zaqatalada üç aylıq körpə ölüb.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş verib. Rayonun Aşağı Tala kənd sakini, 03.12.2022-ci il (üç aylıq körpə) təvəllüdlü Rəfail Tural oğlu Rəşidov bu gün səhər saat 06 radələrində xəstəxanaya daxil olub.

Həkimlərin səyinə baxmayaraq, üç aylıq körpə xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib. Körpənin bir müddət əvvəl Bakı şəhərindəki xəstəxanalardan birində əməliyyat olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678