Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türk filmlərinin erməni “ulduz”ları: Onları siz də tanıyın – ADLAR

57 Baxış

Bəlkə də bir çoxlarınız uşaqlıq və gənclik illərində sevə-sevə izlədiyiniz türk filmlərində rol alan bəzi məşhur aktyor və aktrisaların əslində başqa millətlərin nümayəndəsi olduğundan xəbərsizsiniz. Bəli, maraqla izlədiyiniz, yaratdıqları obrazlara görə rəğbət bəslədiyiniz, türk olduğunu düşündüyünüz bu səhnə adamlarının arasında hətta erməni millətinin nümayəndələri də var. Amma onlar Türkiyədə yaşayıb yaratdıqları, türk dilində danışdıqları üçün erməni kökənli olduqları bəlli edilməyib.

Turanmedia.az konkret.az-a istinadən erməni kökənli türk aktyor və aktrisalarının adlarını təqdim edir:

1. Adlarını eşidərkən təəccübləndiyimiz erməni kökənli məşhur türk aktrisalarından biri də Adilə Naşitdir. O, 17 iyun 1930-cu ildə İstanbulda anadan olub. Anası erməni, atası isə yunan kökənli olan Adilə Naşit 1947-ci ildə kinoya ilk addımlarını atıb. Özünə aid gülüşü və yaratdığı obrazları ilə qısa zamanda böyük uğur qazanan aktrisa 300-dən çox filmdə rol alıb. O, 11 dekabr 1987-ci ildə vəfat edib.

2. Erməni əsilli türkiyəli aktyorlardan biri də Kənan Parsdır. Türkiyə ermənisi olan Pars teatr və kino aktyoru olmaqla yanaşı, həm də pedaqoji fəaliyyət göstərib. O, 10 mart 1920-ci ildə İstanbulda dünyaya göz açıb. “Yeşilcam” filmlərində əsasən sərt xarakterli obrazları canlandırmaqla məşhurlaşıb. Kənan Pars 10 Mart 2008-ci ildə dünyasını dəyişib.

3. Digər erməni əsilli məşhur türk aktyorlarından biri də Ahmet Danyal Topatandır. Türkiyə ermənisi olan Danyal məktəbi yarımçıq tərk edərək 1953-cü ildə çəkilən “Drakula İstanbulda” filmi ilə kinoya giriş edib. Yüzlərlə filmdə rol alan aktyor 26 sentyabr 1975-ci ildə dünya ilə əbədi vidalaşıb.

4. 1939-cu ildə İstanbulda dünyaya göz açan erməni əsilli türkiyəli aktrisa Ani İpəkqaya “Yeşilcam” filmlərinin unudulmaz siması kimi yaddaşlarda qalıb. Anası erməni, nənəsi rus, babası isə Alban kökənli olan aktrisa İstanbul Konservatoriyasında təhsil alıb. Daha sonra isə bir çox tanınmış aktyorlarla bir filmlərdə rol alan aktrisa məşhurlaşmağı bacarıb.

5. Erməni əsilli Türk kino aktyoru Kamer Sadık 1911-ci ildə İstanbulda dünyaya göz açıb. “Yeşilcam” filmlərində daha çox “Kamer baba” adı ilə tanınıb. Kinoya 1954-cü ildə “Çifte kovrulmuş” filmi ilə debüt edib. 1986-cı il 24 sentyabr tarixində Kayseri şəhərində vəfat edib.

6. Daha bir erməni kökənli türk aktyoru isə Nubar Terziyandır. 1909-cu il 16 mart tarixində İstanbulda dünyaya gələn aktyor 1972-ci ildə çəkildiyi “Dənizdən gələn qız” filmi ilə məşhurlaşıb. 1994-cü il 14 yanvar tarixində dünyasını dəyişib. Qardaşının Fransada rəssam olduğu haqda məlumatlar var.

7. Erməni əsilli türk teatr, kino və serial aktyoru olan Ortans Kıvanç 3 aprel 1948-ci ildə anadan olub. Bir müddət Şəhər Teatrlarının heyətində olan sənətçi “Həmdi Alkan”, “Abdullah Şahin” Teatrlarında səhnəyə çıxıb. 1993-cü ildən etibarən kino və seriallarda rol almağa başlayıb.

8. Sami Həzinsəs 1925-ci ildə Diyarbəkirdə dünyaya göz açıb. Əsil adı Samuel Akop Uluçyan olan aktyor “Samo” ləqəbi ilə tanınıb. O, erməni əsilli Türk vətəndaşıdır. Türk sənətçiləri arasında komediya aktyoru kimi məşhurlaşmağı bacaran Sami Həzinsəs ilk olaraq 1953-cü ildə filmdə rol alıb.

9. Erməni kökənli türkiyəli aktrisa İrma Fələkyan 8 Mart 1912-ci ildə doğulub. Əsil adı Toto Karaca olan aktrisa Türkiyənin tanınmış opera və teatr sənətçisi olub. İran ermənisi ailəsində dünyaya gələn aktrisa uşaq yaşlarından balet dərsləri alıb. 1930-cu illərdə opera səhnəsində yaratdığı obrazlarla yadda qalıb. O, 22 iyul 1992-ci ildə dünyadan köçüb.

10. TÜrkiyə ermənisi, teatr və kino sənətçisi Anta Toros 1965-ci ildə həvəskar teatrda rol alıb. Daha sonra “Dostlar” teatrında dərs aldıqdan sonra 1971-ci ildən etibarən peşəkar səhnəyə çıxıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678