Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bu, artıq Rusiyanı maraqlandırmır” – Tarasov

62 Baxış

Moskva Ermənistana fəaliyyət azadlığı verərək nizamlanma prosesindən uzaqlaşmağa başladığı üçün regionda vəziyyət keyfiyyətcə dəyişəcək.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana səfərinin yekunlarını şərh edərkən deyib.

“Rusiya deyir ki, artıq Ermənistanın harasa getməsi, onu maraqlandırmır, bu öz seçimidir. Əgər Paşinyan Qərbdə Əliyevlə danışıqlar apara bilsə, o zaman Moskva buna etiraz etməyəcək. Əsas odur ki, bu, təhlükəsizlik şəraitində baş versin və silahlı münaqişəyə çevrilməsin”, – ekspert qeyd edib.

Politoloq onu da əlavə edib ki, Moskva görüş üçün platforma təqdim etməyə hazır olduğunu bəyan edib, lakin israr etmir və prosesə xələl gətirmək istəmir.
O, izah edib ki, Rusiya öz geosiyasi maraqları baxımından İrana çıxışı olan Şimal-Cənub dəhlizi daxilində şaquli siyasət yürütməyə başlayır:

“Bu, Ermənistandan yan keçərək İran üzərindən cənuba doğru istiqaməti tutan Moskvanın tamamilə yeni geosiyasi mövqeyidir”.

Tarasov həmçinin Əliyevin Paşinyandan əminliklə üstün oluğunu da bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678