Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvanda polisin qanuni tələbinə tabe olmayan Cabbarov qardaşları həbs edildi

51 Baxış

Naxçıvanda polisin qanuni tələbinə tabe olmayan 2 nəfər inzibati həbs olunub.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi qrupunun əməkdaşları tərəfindən Şərur şəhərində keçirilən profilaktiki tədbir zamanı saxlanılan “VAZ-2107” markalı avtomobilin sürücüsünün sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi məlum olub.

Avtomobil müvəqqəti duracağa aparılarkən sürücü, Şərur rayon sakini Mahir Cabbarov və qardaşı Azadi Cabbarov polis əməkdaşlarının qanuni tələbinə tabe olmadıqlarından onlar Şərur Rayon Polis İdarəsinə təhvil veriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunub.

Şərur Rayon Məhkəməsinin qərarı ilə M.Cabbarov 8 gün, A.Cabbarov isə 10 gün müddətinə inzibati qaydada həbs olunublar.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678