Şagirdlər “Narkomaniyaya birlikdə yox deyək!” mövzusunda maarifləndiriliblər

52 Baxış

Mingəçevir şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərin 14 saylı tam orta məktəbində şagird və müəllimlərin iştirakı ilə narkomaniya əleyhinə və digər zərərli vərdişlərə qarşı maarifləndirmə tədbiri keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin,Türkiyədə zəlzələ zamanı həlak olan insanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub. Bu və ya digər zərərli vərdişlərlə bağlı çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev narkotik asılılığının törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri şagirdlərin diqqətinə çatdırılıb.
Şagirdlərə narkotiklərin törtədiyi fəsadlardan bəhs edən video çarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.Çıxış edən digər polis əməkdaşları isə “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”, “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” və “yol hərəkəti qaydalarına əməl edək” adlı mövzularla bağlı çıxışlar ediblər.

Turanmedia.az xəbər verir ki, tədbirdə çıxış edən Polis Akademiyasının əyani fakultəsinin kurs rəisinin müavini,polis baş leytinantı Rəhim Cabbarov gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə iştirakçılara polis peşəsinin şərəfli xidmət sahəsi olmasına dair və DİN-in Polis Akademiyasında tədris-təlim prosesinin təşkili, onun maddi-texniki bazası və təhsilalanlara yaradılan şərait barədə zəruri məlumat verib.Eyni zamanda video çarx vasitəsi ilə şagirdlər yaxından tanış olublar.
Sonda şagirdləri maraqlandıran suallara polis əməkdaşları və şəhər təhsil sektorunun əməkdaşı aydınlıq gətiriblər.

Esmira Hidayətova,Mingəçevir