Güneylə bağlı bu tədbirlər keçiriləcək

8 Baxış

Bu il boyunca keçirdiyimiz forumlarla, aksiyalarla Güney Azərbaycan məsələsini gündəmdə tutmağa çalışacağıq. Hazırda diqqətimiz yaxın zamanlarda Avropada keçirilməsi planlaşdırılan “Azadlıq və Ədələt Yürüşü”nə yönəlib. Ancaq Güney Azərbaycan türklərinin 3-cü Forumuna hazırlıqlar da unudulmayıb və öz qaydasında davam edir.

Turanmedia.az xəbər verir ki, bu sözləri Axar.az-a Güney Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetxanoğlu deyib.

O bildirib ki, İstanbul forumundan sonra Avropa və Moskvada da tədbirlər keçirilməsi nəzərdə tutulub:

“Aprel ayında İstanbulda keçirmək istəyimiz forumun proqramı 3 hissədən ibarətdir. Bölmələrə uyğun olaraq Güney Azərbaycan türkləri ilə bağlı maraqlı araşdırması olan 8 elmi işçinin çıxışı nəzərdə tutulub. Tədbirimizdə, həmçinin, Güney Azərbaycan milli fəalları Hərəkatın hədəflərindən danışacaqlar. Aprel ayında forum ilə bağlı hazırlıqlarımız daha da çoxalacaq”.