Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat: “Başa düşürük, AZAL göydən düşüb…”

53 Baxış

Biz ötən dəfə də çıxışımızda Azərbaycan Hava Yollarının (AZAL) təyyarə qiymətlərinin azaldılması ilə bağlı məsələ qaldırmışdıq, amma hələ də nəticə yoxdur. Qiymət bahalığına görə tələbələrimiz tətilə gələ bilmədilər, zəlzələdə həyatlarını itirdilər.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

”Eyni zamanda hər bir vətəndaşın ölkəyə qayıtmaq hüququ var. Lakin sərhəd bağlıdır və vətəndaşlarımız ölkəyə qayıda bilmirlər. Biz dəfələlərlə məsələ qaldırmışıq ki, heç olmasa tələbələləri AZAL-ın yanlış siyasətinə qurban verməyək. Başa düşürük, AZAL göydən düşüb, onun fəaliyyətinə müdaxilə etmək olmur. Lakin heç olmasa, tələbələrin quru sərhədlər vasitəsilə gəlib-getməsinə şərait yaratmaq lazımdır”, – deyə deputat iradlarını bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678