Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ermənistanın təxribatı üçtərəfli bəyanatın qeyd-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha göstərir”

56 Baxış

Ermənistan tərəfinin martın 5-də törətdiyi növbəti təxribat Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın bütün bəndlərinin tamamilə və qeyd-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha göstərir.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin martın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Təxribat zamanı şəhid olan hərbçilərmizə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını arzu edirik” – spiker əlavə edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678