Mingəçevirdə bir qrup aztəminatlı ailəyə bayram sovqatı verilib.
92 Baxış

Turanmedia.az xəbər verir ki, 8 mart Beynəlxalq Qadınlar günü və elimizin əziz bayramı Novruzun müjdəçiləri olan çərşənbələr münasibəti ilə Mingəçevirdə olan əlil aztəminatlı ailələrə bayram sovqatı verilib. Bu münasibətlə onlarla görüşən ”HƏMRƏYLİK”Şəhid Ailələrinə və Əlillərə Qayğı İctimai Birliyinin sədri Adilə Cəlilova fiziki qüsurlu aztəminatlı ailələrlə görüşüb onlara millət vəkili Aydın Mirzəzadənin bu ailələr üçün göndərdiyi bayram sovqatını çatdırıb. Görüş zamanı Adilə xanım ailələrə bayramlar münasibəti ilə xoşbəxtlik və ailə səadəti, ölkəmizə əmin-amanlıq,nurlu gələcək arzulayıb.
Esmira Hidayətova,Mingəçevir