Ordubadda 54 ev soyuldu, biri şəhid mənzilidir: qrup saxlanıldı

5 Baxış

54 evdən silsilə oğurluqlar etməkdə ittiham edilən qrup saxlanılıb.

Turanmedia.az report-a istinadən xəbər verir ki, hadisə Ordubad rayonunda baş verib. Polis Şöbəsinin əməkdaşları şübhəli şəxsləri saxlayıb. Onların şəhid ailəsinin yaşadığı evdən də oğurluq etdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.