Hacı Şahinin ailəsi ictimaiyyətə müraciət etdi
7 Baxış

Hacı Şahin Həsənlinin məzarı üzərində abadlaşdırma işlərinə başlanılır.
Turanmedia.az xəbər verir ki, bununla bağlı mərhum ilahiyyatçının “Facebook” səhifəsində paylaşım edilib.
Bu səbəbdən Hacı Şahinin ailəsi və Məşədi Dadaş məscidi dini icması adından xahiş olunur ki, işlər bitənə qədər ziyarət təxirə salınsın.
“Anlayışla qarşıladığınız üçün hər birinizə təşəkkür edirik” – paylaşımda qeyd olunub.
Qeyd edək ki, martın 2-də qəfil vəfat edən Hacı Şahinin məzarı indiyədək gecə və gündüz saatlarında kütləvi şəkildə ziyarət olunurdu.