Bakıda silahlı insident: Güllələnənlər var
4 Baxış

Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.
Turanmedia.az xəbər verir ki, məlumat “Ölkə.Az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib.
Bildirilib ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.
Hadisə yerinə əməliyyat qrupu cəlb edilib.
“Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək”, – DİN-dən bildirilib.