Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda iki nəfəri silahla yaralayan şəxs Naxçıvanda bu orqanda çalışıb – ŞOK MƏLUMATLAR

76 Baxış

Xəbər verdiyimiz kimi, Bakının mərkəzində silahlı insident baş verib.

Silahlı insidentlə bağlı saxlanılan şəxslərin hamısının kimliyi bəlli olub.

Şübhəli şəxs qismində tutulan şəxslər Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev adlı şəxslərdir. Onların hamısının əslən naxçıvanlı olduğu bildirilir. Hadisə zamanı küçədə iki nəfəri silahla yaralayan şəxs Şahmar İsmayılov olub.

Turanmedia.az xəbər verir ki, Tns.az Şahmar İsmayılovla bağlı maraqlı məlumatlar əldə edib.

Mənbəmizin verdiyi məlumata görə, Şahmar İsmayılov Babək rayonunun Zeynəddin kəndindəndir. O, Naxçıvan Beynəlxalq Hava Limanında çalışırmış. Şahmar İsmayılov hava limanının Yanğın təhlükəsizliyi və qəza xilasetmə komandasının növbə rəisi olub, bu cinayətin törədilməsindən cəmi bir neçə gün əvvəl öz ərizəsi ilə işdən azad edilib.

İş yoldaşları Şahmar İsmayılovun tez-tez hava limanının rəhbərliyinin qəbuluna getdiyini, ona orqanda xüsusi münasibət göstərildiyini bildirirlər.

Onun kimin təsirinə düşdüyü, hansı qüvvələrin tapşırığı ilə cinayət törətdiyi, ölkədə sabitliyi pozmağa cəhd etdiyi ciddi suallar doğurur.

Xatırladaq ki, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədlidir. Mənşur Gülməmmədli Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun ən etibarlı adamlarından və sevimli kadrlarından biridir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678