Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi – RENKİNQ

192 Baxış

Azərbaycanla əsas Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi məlum olub.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2020-ci ilin 10 ayı ərzində Azərbaycandan Avropa İttifaqı ölkələrinə 6 milyard 145,4 milyon dollar həcmində məhsul ixrac edilib. Bu dövr ərzində Avropa İttifaqı ölkələrindən 2 milyard 43,4 milyon dollar həcmində məhsul idxal edilib. Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsində 4 milyard 102 milyon dollar həcmində müsbət ticarət saldosu yaranıb.

Avropa İttifaqı ölkələri arasında ən çox ticarət dövriyyəsinə sahib ölkələri sırasi ilə – İtaliya, Almaniya, Xorvatiya, Yunanıstan, Fransa, İspaniya, Böyük Britaniya, Çexiya, Portuqaliya və Avstriya təşkil edib.

2020-ci ilin yanvar-oktyabr aylarında Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin renkinqi:

İtaliya – 4 milyard 221,2 milyon ABŞ dolları

Almaniya – 697,8 milyon ABŞ dolları

Xorvatiya – 450,9 milyon ABŞ dolları

Yunanıstan – 443,5 milyon ABŞ dolları

Fransa – 428 milyon ABŞ dolları

İspaniya – 398,1 milyon ABŞ dolları

Böyük Britaniya – 344 milyon ABŞ dolları

Çexiya – 261,7 milyon ABŞ dolları

Portuqaliya – 166,7 milyon ABŞ dolları

Avstriya – 157,2 milyon ABŞ dolları

Cari dövr ərzində İtaliya 3 milyard 880,1 milyon dollar dəyərində məhsul ixrac edilib. Ölkədən Azərbaycana 341,1 milyon dollar dəyərində məhsul idxal edilib.

Ticarət dövriyyəsinə görə İtaliyadan sonra Almaniya gəlir. Azərbaycandan ölkəyə ixrac edilən məhsulların ümumi dəyəri 229,6 milyon dollar, ölkədən ixdal olunan məhsulların dəyəri isə 468,2 milyon dollar olub.

Sentyabr ayı ilə müqayisədə oktyabr ayında Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Xorvatiya Yunanıstanı renkinqdə üstələyib. Müvafiq dövrdə ölkəmizdən Xorvatiyaya 448,8 milyon dollarlıq məhsul ixrac edilib. Ölkədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 2,1 milyon dollar olub.

Həmçinin, Yunanıstana ixrac edilən məhsulların ümumi dəyəri 432,5 milyon dollar, ölkədən ixdal olunan məhsulların dəyəri isə 11,1 milyon ABŞ dollarını təşkil edib.

Bu dövr ərzində Fransaya ixrac edilən məhsulların həcmi 83,3 milyon dollar olub. Azərbaycanın ölkədən idxal etdiyi məhsulların dəyəri isə 344,6 milyon dolları təşkil edib.

Qrafikdə digər Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi əks olunub:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678